Qərb ölkələri İsrailə qarşı sanksiyalar tətbiq etməlidir, belə bir addım Fələstin-İsrail münaqişəsinin həllinə kömək edəcək. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Sabah” qəzetinə açıqlamasında deyib.
“İsrail bunun əvəzini ödəməyincə atəşkəsə doğru addım atmayacaq. Onu buna məcbur edən ABŞ və Qərbdir. Sanksiyalar, məhdudiyyətlər, ittihamlar olmalıdır”, – deyə nazir vurğulayıb.
Fidanın sözlərinə görə, Qərb dövlətlərinin İsrailə qarşı sanksiya təzyiqi olmadığı halda, yəhudi dövləti “bacardığı qədər irəliləyir”.
Mənbə: A Haber