Ukraynalı deputat Kiyevin hərbi əməliyyatlara gündəlik xərclədiyi məbləği açıqlayıb

Ukrayna Rusiya Federasiyası ilə davam edən silahlı münaqişə ilə bağlı hər gün təxminən 5,6 milyard qrivna xərcləyir. Strana.ua yazır ki, bu barədə Ali Radanın deputatı Aleksey Leonov yerli telemarafonda bildirib.

“Münaqişə hər gün təxminən 5,6 milyard qrivna tələb edir”, – deputat bildirib.

Onun fikrincə, gələn il müvafiq xərclər 2,227 trilyon qrivnaya qədər artacaq. Lakin 2026-cı ildə bu rəqəm 1,627 trilyon qrivnaya düşə bilər, qanunverici vurğulayıb.

Mənbə: Strana.ua

Oxşar xəbərlər