Türkiyədə anormal istilər yaşanırbackend

Türkiyənin şərqindəki bir sıra şəhərlərdə havanın temperaturu 50°C-yə yaxınlaşıb.

Bu barədə Türkiyənin Anadolu xəbər agentliyi xəbər verir.

Jurnalistlərin məlumatına görə, iyulun 24-də ölkənin ən azı 38 şəhərində 40°C-dən yuxarı temperatur qeydə alınıb. Xüsusilə Ankara və Antalyadan söhbət gedir.

“Cümə axşamı günü ən yüksək temperatur Siirtdə – 49,1°C, həmçinin Mardin vilayətinin Kızıltəpə və Şırnak vilayətinin Cizrədə – 48,8°C-də qeydə alınıb”, – məqalədə deyilir.