Türkiyədə müxalifətçinin seçkilərdən uzaqlaşdırılması ilə bağlı iğtişaşlar başlayıbbackend

Türkiyənin bir sıra şəhərlərində küçələrdə atışma və təkərlərin yandırılması ilə kütləvi etiraz aksiyaları keçirilib. Bu barədə “Shot Telegram” kanalı məlumat yayıb.

Van əyalət seçki komissiyasının kürd tərəfdarı DEM-in namizədi Abdullah Zeydanı seçkidən kənarlaşdırmaq qərarından sonra ən azı altı böyük şəhərdə kütləvi nümayişlər başlayıb. Bundan əvvəl o, qalib gəlsə də, mandat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın partiyasından olan namizədə verilib.

Gərgin vəziyyətlə əlaqədar yerli hakimiyyət orqanları aprelin 3-dən aprelin 17-dək kütləvi toplantıları qadağan edib. Eyni zamanda Kürdüstan Fəhlə Partiyasına yaxın sosial şəbəkələr və media qurumları sakinləri küçələrə çıxmağa çağırır.

Mənbə: A Haber