Tayvan Çindən gələn yardımdan imtina edibbackend

Tayvan səlahiyyətliləri, Çindən kömək istəmədiklərini söylədi.

Bu barədə Tayvan materik məsələləri üzrə komitənin bəyanatında deyilir.

Bununla belə, Tayvan yardım təklifinə görə materik Çinə təşəkkür edib. Çin Xalq Respublikası Dövlət Şurasının Tayvan İşləri üzrə İdarəsinin rəsmi nümayəndəsi Çju Fenqlian da öz növbəsində Çinin mərkəzi hökumətinin vəziyyəti nəzarətdə saxladığını və adaya yardım göstərməyə hazır olduğunu bildirib.

Bugün Tayvanda son 25 ilin ən güclü zəlzələsi baş verib. Yerli vaxtla saat 07:58-də Hualien qraflığında qeydə alınan 7,2 bal gücündə yeraltı təkanlar bütün Tayvanda hiss olunub.

Mənbə: A Haber