Rusiya Yaponiyaya neft tədarükünü bərpa etməyə hazır olduğunu açıqlayıbbackend

Rusiya Yaponiyaya neft tədarükünü normal şəraitdə, xüsusən də qiymət tavanı mexanizmindən imtina edərsə, bərpa etməyə hazırdır.

Bunu TASS-a müsahibəsində Rusiyanın Yaponiyadakı səfiri Nikolay Nozdrev deyib.

Diplomat xatırladıb ki, Yaponiya həmişə neft-qaz sahəsində Rusiya ilə əməkdaşlığı şaxələndirmənin əsas istiqamətlərindən biri hesab edib. Bu illər ərzində qonşu dövlət layiqli miqdarda Rusiya qazı və neftini idxal edib. Tokionun qiymət tavanı mexanizminə qoşulmaq qərarından sonra bu cür əməkdaşlıq dayandırıldı.

Nozdrevin sözlərinə görə, hələ 2023-cü ilin yazında Yaponiya şirkətləri ABŞ-ın sanksiyalarından qorxaraq Rusiya neftinin alınmasını faktiki olaraq tamamilə dayandırıblar.