Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Qurban bayramının ilk günü ölkədə 16 minə yaxın insanın xəsarət aldıqdan sonra həkimə müraciət etdiyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
O vurğulayıb ki, 16 min nəfərdən 1274-ü Ankarada, 840-ı İstanbulda, 416-sı İzmirdə həkimə müraciət edib. Nazirin sözlərinə görə, bu, heyvanların qeyri-peşəkarlar tərəfindən kəsilməsi zamanı baş verir.
Bundan əvvəl məlum olub ki, Parisin Bonneuil-sur-Marne qəsəbəsində müsəlmanların Fitr bayramını qeyd etmək üçün toplaşdıqları idman zalına naməlum şəxs girərək orada olanlara hücum edib.
Mənbə: RİA Novosti