Türkiyədə zəlzələ haqqında öncədən xəbər verdibackend

Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələnin əks-sədaları davam edərkən, ortaya çıxan tvit zəlzələ xəbərinin günlər əvvəl verildiyini göstərir.

İctimai.az xəbər verir ki, zəlzələ mütəxəssisi kimi tanınan və hətta “görən” kimi qələmə verilən Frank Hoogerbeets 3 fevral tvitində Türkiyədə zəlzələ olacağını yazır:

Gec-tez bu bölgədə (Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan) 7,5 bal gücündə zəlzələlər olacaq”.

Günəş sistemi və planetlərin hərəkətlərinə görə zəlzələ ilə bağlı şərhlər verən Huqerbets fevralın 6-da əvvəlki zəlzələ xəbərdarlığını harada əsaslandırdığını izah edir.

Mərkəzi Türkiyənin böyük zəlzələsindən zərər çəkənlərin hamısına ürəyim ağrıyır. Əvvəldə qeyd etdiyim kimi, gec-tez bu bölgədə 115 və 526-cı illərə bənzər hadisələr baş verəcəkdi. Tənqidi planetar həndəsə həmişə 4-5 fevralda olduğu kimi bu zəlzələlərdən əvvəl olur”.

Mənbə: Haber Turk

İctimai.az