Türkiyəli futbolçu öz gücünə zəlzələdən xilas olubbackend

Kahramanmaraşda baş verən zəlzələdə dağıntılar altında qalan futbolçu Barış Civelek xəsarət alıb.

İctimai.az xəbər verir ki, əvvəllər “Kocaelispor”, “İstanbulspor” və “Derincespor”da peşəkar formada çıxış edən və bu mövsüm Regional Həvəskarlar Liqası 2-ci Qrup komandası “Kahramanmaraş İstiklalspor”da çalışan 29 yaşlı Barış fevralın 6-da saat 04-də baş verən 7,7 ballıq zəlzələyə klubun yataqxana binasında tutulub.

Dağıntılar altından öz imkanları ilə çıxan, başı və bədəninin müxtəlif nahiyələri zədələnən Barışın İzmitə aparıldığı öyrənilib.

Mənbə: DHA

İctimai.az