Zəlzələ qurbanlarının yaxınlarının məlumat ala bilməsi üçün proqram yaradılıbbackend

Zəlzələ bölgəsindəki vətəndaşların yaxınlarının və onların yerləşdiyi səhiyyə müəssisəsinin sağlamlıq vəziyyəti haqqında məlumat əldə etmək üçün e-Nabız profilinə Təbii Fəlakət Məlumatı sahəsi əlavə edilib.

Sözügedən sahə ilə valideynlərinin, həyat yoldaşının, bacı-qardaşının və uşaqlarının vəziyyəti ilə maraqlananlar yaxınlarının sağlamlıq vəziyyəti ilə bağlı ümumi məlumat əldə edə biləcəklər.

e-Nabız vasitəsilə edilən xəbərdarlıqda, “Qohumunuzun e-Nabız-da sağlamlıq vəziyyəti ilə bağlı bu məlumat dəqiq deyil və bütün səhiyyə işçiləri və vətəndaşların səfərbər olduğu bu prosesdə məlumat axınını təmin etmək üçün sizinlə paylaşılır. Siz Yaxınlarınızın sağlamlıq durumu ilə bağlı müvafiq səhiyyə müəssisəsindən məlumatların təsdiqlənməsi xahiş olunur”. deyildi.

Mənbə: TRT Haber

İctimai.az