Türkiyənin “Beşiktaş” klubu “Qazprom”la 100 milyon avroluq sponsorluq müqaviləsi üçün qabaqcıl danışıqlar aparır.
Bu barədə Sport24 məlumat yayıb.
Mənbənin sözlərinə görə, sövdələşmə yekunlaşmaq üzrədir. Müqavilənin şərtlərinə görə, Rusiya şirkəti Türkiyə klubunun stadionunun titul sponsoru olacaq. Həmçinin futbolçuların forması üzərində brendin yerləşdirilməsi də nəzərdə tutulur.
“Hazırda müqavilənin üç+iki sxeminə əsasən beş il müddətinə hazırlanacağı güman edilir. Klub ildə 20 milyon avro alacaq”, – deyə vəziyyətlə tanış olan mənbə bildirib.
İctimai.az

