Rusiyanın Hindistanın Kəlküttədəki baş konsulu Aleksey İdamkin şəhərin hava limanında ilişib qalan təyyarə ilə bağlı vəziyyəti şərh edib.
Bu barədə REN TV məlumat yayıb.
Diplomatın sözlərinə görə, təyyarənin göyərtəsində bir neçə rusiyalı var. İdamkin əlavə edib ki, Baş Konsulluq artıq Rusiya sərnişinləri, hava limanının rəhbərliyi və aviaşirkətlə əlaqə saxlayıb. O, turistlərin yeməklə təmin olunduğunu, onlarla hər şeyin qaydasında olduğunu vurğulayıb. Təyyarənin yerli vaxtla saat 12:00-da havaya qalxması planlaşdırılır.
Bundan əvvəl Mash Telegram kanalı Rusiya vətəndaşlarının olduğu təyyarənin Kəlküttədə ilişib qalması barədə məlumat vermişdi. Hadisə Himalaya Hava Yollarına məxsus H9-891 reysi ilə Kuala-Lumpur – Katmandu reysində baş verib. Təyyarənin göy gurultusu səbəbindən Nepal şəhərinə enə bilmədiyi və bu səbəbdən təyyarənin Hindistana yönləndirilməsinə qərar verildiyi bildirilir.
İctimai.az













