Türkiyə ilə ABŞ arasında münasibətlərdə bir çox problemlər həllini tapmayıb.
Bunu “Hürriyet”ə müsahibəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Münasibətlər əvvəlkindən daha sabitləşib, lakin problemlər həll olunmayıb. Tramp dövründə hər gün yuxarı-aşağı idi. O, tvit yazırdı, bu, qarışıqlıq idi”, – Türkiyənin xarici işlər naziri bildirib.
O, ABŞ və Türkiyənin dost olmadığını vurğulayıb. “Dost olmadıqda belə münasibətlər inkişaf edə bilər. ABŞ-la ciddi problemlər var, amma müsbət tərəfləri də var. Ticarətimiz ikiqat artıb və hətta xeyrimizə inkişaf edir”, – Çavuşoğlu bildirib.
