İnternetdə geniş yayılmış ChatGPT kimi intellektual çatbotlar aşkar müsbət təsirlərlə yanaşı, mənfi nəticələrə də malikdir – xüsusən də kibercinayətkarlara yeni saxtakarlıq sxemləri yaratmaq və həyata keçirmək üçün geniş imkanlar verir.
Bu barədə Lenta.ru-ya müsahibəsində T1 Qrupunun baş direktorunun texnoloji inkişaf üzrə müavini Anton Yakimov məlumat verib.
Yakimovun sözlərinə görə, chatbotlar cinayətkarlara istənilən məlumatdan ehtiyac duyduqları məlumatları çıxarmaqla yanaşı, onları təhlil etməyə “kömək edir”.
“ChatGPT-nin problemi və təhlükəsi ondan ibarətdir ki, chatbot asanlıqla zərərli kodun, virusun və ya proqramı necə yaratmaq barədə məlumat verə bilir”, – ekspert bildirib.

