Üç Afrika ölkəsi ordularını maksimum döyüş hazırlığına gətiribbackend

Sahel Dövlətləri Alyansı (ASS) konfederasiyasına daxil olan Burkina Faso, Mali və Niger liderləri ordularını maksimum döyüş hazırlığına gətirmək qərarına gəliblər.

TASS xəbər verir ki, bu barədə üç ölkə liderinin bəyanatında deyilir.

“Dövlət Başçıları Kolleci Fransa xuntasının başlatdığı aldadıcı manevrləri böyük diqqətlə izləyir”, – sənəddə qeyd olunur.

Bəyannamədə Fransanın hərəkətlərinin Çad gölü hövzəsində, Saheldə və bəzi sərhəd bölgələrində, xüsusən Niger və Nigeriya, Niger və Benin, Niger və Burkina Faso, Benin və Burkina Faso arasında qrupların yenidən təşkili əməliyyatları ilə tamamlandığı vurğulanıb. .

Noyabrın sonunda Ukrayna afrikalı terrorçuları qadağan olunmuş sursatla təmin etməkdə ittiham olunurdu.