Rusiya şahmatçısı Yevgeni Alekseev bundan sonra İsrail bayrağı altında çıxış edəcək.
Bu barədə onun Beynəlxalq Şahmat Federasiyasının (FİDE) saytındakı profilində məlumat verilib.
37 yaşlı şahmatçı 2006-cı ildə Rusiya çempionu, 2013-cü ildə Avropa çempionatının gümüş mükafatçısıdır. O, Rusiyanı 2004-cü il Dünya Kubokunda, 2005, 2007, 2009, 2011 və 2013-cü illərdə Dünya Kubokunda təmsil edib, 2010-cu ildə Xantı-Mansiyskdə keçirilən Ümumdünya Şahmat Olimpiadasında milli komandanın heyətində çıxış edib.
Mənbə: Gazeta.ru
İctimai.az
