Vyetnamın baş naziri ABŞ-la hərtərəfli tərəfdaşlığı inkişaf etdirməyə çağırıbbackend

Vyetnamın baş naziri Fam Min Trin Hanoyda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer ilə görüşüb.

RİA Novosti xəbər verir ki, bu barədə Nhan Dan yazır.

Nəşrin məlumatına görə, tərəflər bir sıra ikitərəfli məsələlər üzrə danışıqlar aparıblar. “Vyetnam Vaşinqtonun güclü, müstəqil və çiçəklənən Hanoyu dəstəkləməsi şərti ilə hərtərəfli tərəfdaşlığın daha da dərin, effektiv və mənalı inkişafı üçün Birləşmiş Ştatlar ilə işləməyə hazırdır” deyə Pham Minh Chin bildirib.

Mənbə: RİA Novosti

İctimai.az