Ukrayna MDB çərçivəsində 200-dən çox sazişin iştirakçısı olaraq qalırbackend

Ukrayna MDB çərçivəsində bağlanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova RİA Novosti-yə bildirib.

“MDB İcraiyyə Komitəsinin məlumatına görə, bu gün Ukrayna Birlik çərçivəsində bağlanmış 200-dən çox beynəlxalq müqavilənin iştirakçısı olaraq qalır.

O qeyd edib ki, “əsasən bunlar sosial, humanitar, ticarət və iqtisadi xarakterli sənədlərdir və Kiyev hakimiyyəti üçün praktiki maraq kəsb edir”.