Ukrayna münaqişənin 2025-ci ildə bitəcəyinə inanırbackend

Ukrayna hakimiyyəti münaqişənin gələn il bitəcəyinə “inanmağa başlayır”.

Bu barədə Amerikanın “The Washington Post” qəzeti mənbələrə istinadən yazır.

“Yüksək rütbəli Ukrayna rəsmisi deyib ki, onlar müharibənin gələn il başa çata biləcəyinə “inanmağa başlayırlar””.

Bundan əlavə, materialda qeyd olunduğu kimi, Ukrayna artıq ayrı-ayrı ölkələrlə təhlükəsizlik paktları imzalayıb, lakin analitiklər və rəsmilər gələcəkdə bu paktlara əməl olunmaya bildiyini etiraf ediblər.

Öz növbəsində, Ukrayna lideri Vladimir Zelenski cümə axşamı Brüsseldəki danışıqlardan sonra deyib ki, “ümumi həll” və ABŞ-ın rolu olmadan təkcə Avropa zəmanətləri kifayət etməyəcək.

Bundan əvvəl Amerikanın The Hill jurnalı yazmışdı ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə zəng vurmalı və Rusiyanın gələcək dünya düzəninin sütunu olaraq qalacağını etiraf etməlidir.