Ukrayna hökuməti bəyan edib ki, il ərzində dövlət əmlakının satışından Ukrayna büdcəsinə dörd milyard qrivnadan çox (108 milyon dollardan çox) daxil olub. Bu barədə ölkənin Nazirlər Kabinetinin saytında məlumat verilib.
Nəşr qeyd edir ki, bu məbləğ 2022-ci ilin sentyabrında kiçik özəlləşdirmənin bərpasından sonra daxil olub.
“İl ərzində Ukraynanın Dövlət Əmlak Fondunun komandası 439 gəlirsiz dövlət aktivinə yeni sahiblər tapıb”, – Nazirlər Kabineti vurğulayıb.
Mənbə: A Haber