ABŞ noyabrda İsrail vətəndaşları üçün vizasız rejim tətbiq edəcək

İsrailin xarici işlər naziri Eli Koen bildirib ki, israillilər bu ilin noyabr ayından etibarən ABŞ-a vizasız səfər edə bilərlər. XİN rəhbəri bu barədə X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Nazirin sözlərinə görə, vizasız rejim başlandıqdan sonra İsrail vətəndaşları ABŞ-a səyahət etmək üçün yalnız onlayn rejimdə xüsusi anket doldurmalı, 21 dollar ödəyərək üç gün ərzində ölkəyə giriş icazəsi almalıdırlar.

Koen razılaşmanı İsrail və onun “böyük müttəfiqi” ABŞ arasında sıx münasibətləri nümayiş etdirən böyük nailiyyət adlandırıb. Bununla bağlı o, ABŞ prezidenti Co Baydenə və dövlət katibi Entoni Blinkenə minnətdarlığını bildirib.

Mənbə: TASS

Oxşar xəbərlər