Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak Parisə gəlib və burada ABŞ nümayəndələri ilə görüşməyi planlaşdırır.
Bu barədə o, Telegram kanalında məlumat verib.
“Parisdə yenicə eniş etdik. Xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rustem Umerovla birlikdə gəldik… Hazırda Fransada olan ABŞ nümayəndələri ilə görüşlər planlaşdırılır”, – Yermak paylaşıb.
O qeyd edib ki, görüşlərdə Ukrayna və bütün Avropa üçün mühüm təhlükəsizlik məsələləri müzakirə olunacaq.