Superkompüter Opta Londonun “Arsenal” klubunu Çempionlar Liqasının favoritləri açıqlayıb.
“Arsenal”ın Avropanın əsas klub yarışmasında qalib gəlmək şansı 28,7%-dir. İkinci yerdə Milanın “İnter”i (25,5%), Parisin PSJ klubu (24%) ilk üçlüyü tamamlayır. Kataloniya “Barselona”sının Çempionlar Liqasını qazanmaq şansı ən azdır (21,8%).
Yarımfinalda “Arsenal” PSJ, “İnter” isə “Barselona” ilə qarşılaşacaq. Yarımfinal iki qarşılaşmadan ibarət olacaq. İlk oyunlar aprelin 29-30-da keçiriləcək. Cavab oyunları mayın 6-7-də baş tutacaq.
Final mayın 31-də Münhendə baş tutacaq.