Ukrayna Xarkovda onlarla partlayışın baş verdiyini bildirirbackend

İyunun 7-nə keçən gecə Xarkovda 50-dən çox partlayış qeydə alınıb.

Bu barədə Ukraynanın “Strana.ua” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, şəhərə hücuma “Shahed” pilotsuz təyyarələri, idarə olunan aviasiya bombaları (KAB) və raketlərdən istifadə edilib. Səlahiyyətlilər 48 pilotsuz uçan aparat, beş hava bombası və qeyri-müəyyən sayda raketlə hücum elan etdilər.

Atışma nəticəsində Xarkovun müxtəlif ərazilərində yanğınlar başlayıb. Qurbanlar və dağıntılar barədə məlumat dəqiqləşdirilir.