Ukraynada Belarusa qaçmağa çalışan hərbi xidmətdən yayınanların sayı artıbbackend

Sledstvie.İnfo nəşri Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ildə Ukraynadan Belarusa qaçmağa cəhd edən çağırış yaşlı kişilərin sayı 2022-2024-cü illərlə müqayisədə iki dəfə artıb.

Belə ki, 2025-ci ildə Belarus-Ukrayna sərhədində 18-60 yaş arası 911 kişi saxlanılıb. 2024-cü ildə 336, 2023-cü ildə 26, 2022-ci ildə isə 61 olub.

Sərhədçilər Ukraynanın qərbindəki Rivne vilayətində ən çox ukraynalı, ümumilikdə 531 nəfəri saxlayıb. Daha 484 nəfər Jitomir vilayətində, 281 nəfər Volın vilayətində, 38 nəfər isə Kiyev vilayətində saxlanılıb.