Kiyevin nəzarətində olan Xersonda partlayışlar baş verib. Bu barədə Ukraynanın “Mirror of the Week” nəşri məlumat yayıb.
Nəşr baş verənlərin təfərrüatlarını açıqlamayıb. Hazırda Xerson vilayətinin Ukraynanın nəzarətində olan ərazilərdə hava hücumu xəbərdarlığı elan edilib.
Yanvarın 29-na keçən gecə Ukraynanın qərbindəki Rivne vilayətində partlayışlar baş verib. Təxminən eyni vaxtda Ukraynanın Poltava vilayətinin Kremençuq rayonunda yerləşən sənaye obyektinin zədələndiyi məlum olub.
Mənbə: Mirror of the Week”














