Qəzaya uğrayan Falcon 10 təyyarəsinin pilotları sənədlərin saxtalaşdırılmasına görə uçuş hüququndan məhrum ediliblərbackend

Əfqanıstanda qəzaya uğrayan təyyarənin pilotları Dmitri Belyakov və Arkadi Qraçov ABŞ-da Falcon 10 təyyarəsində uçuşlar üçün təlim keçdikləri barədə sənədləri saxtalaşdıraraq yalan məlumat veriblər və bu səbəbdən onların pilot sertifikatları ləğv edilib. Bu barədə “İzvestiya” Nəqliyyat Nazirliyindəki mənbələrə istinadən xəbər verir.

Qeyd olunur ki, Federal Hava Nəqliyyatı Agentliyinin Şimal-Qərb Regionlararası Ərazi Administrasiyasının (ŞMİ) rəhbəri Oleq Şirin artıq pilotların sertifikatlarının ləğvi ilə bağlı əmr imzalayıb.

Mənbənin sözlərinə görə, pilotlar sənədləri saxtalaşdırıblar, buna görə də nəzarət orqanlarında biznes-jetin texniki vəziyyəti ilə bağlı suallar yaranıb – o, texniki xidmətdən keçməyib və qeyri-qanuni olaraq uçuşa yararlılıq sertifikatı alıb.

Mənbə: İzvestiya