Ukraynalı qaçqınlar ABŞ-dan çıxarılacaqbackend

On minlərlə ukraynalı qaçqın hüquqi humanitar statusunu itirərsə, tezliklə ABŞ-dan deportasiya oluna bilər.

Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Mənbənin sözlərinə görə, son iki il ərzində ABŞ-a gələn 120 minə yaxın ukraynalı tezliklə qaçqın statusundan məhrum edilə bilər. Bu, ABŞ prezident administrasiyası demokratlar dövründə qəbul edilmiş proqramı uzatsa, mümkün olacaq.

ABŞ-ın hazırkı prezidenti Donald Tramp dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsinin tərəfdarı olduğunu bildirib. O, həmçinin miqrantların kütləvi deportasiyasını təşkil etmək planlarını açıqlayıb.