Ukraynanın Poltava vilayətinin Kremençuq rayonunda yerləşən sənaye obyektinə ziyan dəyib. Bu barədə vilayət administrasiyasının rəhbəri Filip Pronin öz Telegram kanalında məlumat verib.
“İlkin məlumatlara görə, Kremençuq vilayətindəki sənaye obyektinə yenidən zərbə endirilib”, – rəsmi yazıb.
Bir gün əvvəl Ukraynanın “Strana” nəşri Ukraynanın Poltava vilayətinin Kremençuq şəhərində partlayışların baş verdiyini yazıb.
Mənbə: Strana














