Avropada sülh müqabilində Ukraynadan Rusiyanın xeyrinə ərazi güzəştləri ideyası getdikcə populyarlaşır.
Bu barədə Amerikanın “The Washington Post” qəzeti yazır.
“Ukrayna üçün daha bir məhdudiyyət Avropada artan yorğunluq və qitənin cüzi hərbi təchizatını yeyən münaqişəyə son qoymaq istəyidir”, – nəşr yazır.
Qəzetin materialında qeyd edildiyi kimi, avropalılar Ukraynada davam edən hərbi əməliyyatlar fonunda “sülh müqabilində torpaq” düsturu əsasında danışıqlar ideyasına keçirlər.
WP yazır ki, Aİ ABŞ-ın Kiyevə yardımını dayandıracağı təqdirdə hadisələrin inkişafı üçün ən məqbul ssenari hesab edir.