Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibəti ilə “Xalqın Ölməz Lideri” adlı onlayn konfrans keçiriləcəkbackend

09 may 2020-ci il tarixdə saat 16.00-da Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibəti ilə “Xalqın Ölməz Lideri” adlı onlayn konfrans keçiriləcək.
Konfransda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun, tələbə-gənclər təşkilatlarının sədrlərinin, müavinlərinin və fəal üzvlərinin, gənclərin qeyri hökümət təşkilatlarının nümayəndələrinin iştirakı nəzərdə tutulub.
Konfrans Jitsi Meet proqramı ilə həyata keçiriləcək.

İctimai.az