ÜST dünyada ilk dəfə insanda quş qripi A(H5N2) ilə yoluxma halı qeydə alınıbbackend

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada ilk dəfə insanda quş qripi A(H5N2) virusuna yoluxma faktını açıqlayıb. TASS təşkilata istinadən xəbər verir ki, bu hadisə Meksikada qeydə alınıb.

Ölkənin səlahiyyətli orqanları ÜST-yə Meksika ştatının sakininin bu virusa yoluxduğu barədə məlumat verib. Bu, dünyada qeydə alınmış quş qripi A(H5N2) virusu ilə insan yoluxmasının laboratoriya tərəfindən təsdiqlənmiş ilk hadisəsidir və Meksikada qeydə alınan H5 quş virusu ilə ilk insan yoluxmasıdır.

ÜST-nin bildirdiyinə görə, virusun yoluxma mənbəyi hələ məlum deyil. Eyni zamanda, A(H5N2) virusları “Meksikada ev quşlarında” aşkar edilib.

Mənbə: TASS