Van Qoqun naməlum rəsmi tapılıbbackend

“Blikk” nəşrinin macar incəsənət tarixçisi Zsofia Veqvariyə istinadən verdiyi məlumata görə, Vinsent van Qoqun (1853-1890) naməlum rəsmi Macarıstanda aşkar edilmiş ola bilər.

Mütəxəssislər Budapeştdə xarici kolleksiyaçı tərəfindən müayinə üçün təqdim edilən bir neçə əsəri araşdırarkən “Arlesdə Rəqs Zalı”nın (1988) bir versiyasını aşkar ediblər. Orijinal əsər Parisdəki Orse Muzeyində saxlanılır.

20 ildir Budapeşt Rəsm Tədqiqat Laboratoriyasına rəhbərlik edən Veqvari hesab edir ki, boyaların, kətanların, astarın və digər materialların təhlilinə əsasən, rəsmin 1885-1890-cı illər arasında yaradıldığı və həqiqətən də Van Qoq tərəfindən yaradıldığı qənaətinə gəlmək olar.

O qeyd edib ki, rəssamlar tez-tez eyni mövzuda birdən çox əsər yaradırlar və Vinsent bu təcrübəni kiçik qardaşı Teoya yazdığı məktublarda dəfələrlə qeyd edib.

“Bu rəsmlə oxşar bir şeyin baş verməsi mümkündür. Onun tədqiqi davam edir”, – deyə o bildirib.