Vaşinqton Yaxın Şərqə əlavə 20-25 F-15 və F-35 qırıcıları göndərəcəkbackend

Qəzza zolağı ətrafında vəziyyətin pisləşməsi fonunda Vaşinqton yaxın gələcəkdə İranı cilovlamaq üçün əlavə olaraq 20-25 F-15 və F-35 qırıcıları göndərəcək. Bu barədə Amerikanın CNN telekanalı məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Telekanal vurğulayıb ki, döyüş təyyarələrinin bölgəyə daşınmasında məqsəd “İranın təcavüzü” və İsrail sərhədlərindən kənarda hərbi əməliyyatların genişlənməsinin qarşısını almaqdır. Amerika F-15 və F-35-lərin Yaxın Şərqə dəqiq nə vaxt gələcəyi hələlik məlum deyil.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bildirmişdi. Netanyahu qeyd edib ki, Həmas İsrail və onun vətəndaşlarına qarşı qəfil hücuma keçib. İsrail hökumətinin başçısı yaşayış məntəqələrinin terrorçulardan təmizlənməsi və ehtiyatların səfərbər edilməsi üçün genişmiqyaslı əməliyyatın keçirilməsi barədə göstəriş verib.

Mənbə: CCN