Venesuela ABŞ-ın narkotik gəmisinin məhv edilməsi ilə bağlı iddialarını şübhə altına alırbackend

Venesuela parlamentinin deputatı Gilberto Ximenez ABŞ-ın hərbçilərin Venesueladan gəldiyi iddia edilən narkotik daşıyan gəmini məhv etməsi ilə bağlı iddialarının doğruluğunu şübhə altına alıb.

O, bu barədə açıqlamasında bildirib.

“ABŞ başqa ölkələrə hərbi müdaxilə edəndə adətən “yalançı bəhanələrlə” hərəkət edir. Narkotik tacirlərinin Amerika qüvvələrinin fəal olduğu Karib dənizi ilə yük daşıması qəribədir”, – deputat qeyd edib.

O, bu hadisənin Liviya və İraqdan nümunə götürərək Venesuelaya qarşı təcavüzə haqq qazandırmaq üçün uydurula biləcəyini istisna etməyib.