Rusiya dünya iqtisadiyyatını özünə tabe etdirməyə çalışan, beynəlxalq hüququ pozan Qərb hegemonluğuna qarşı aparılan müharibənin iqtisadi, hərbi, siyasi və diplomatik cəbhələrində qalib gəlib.
Bunu Venesuela prezidenti Nikolas Maduro “Venezolana de Televisión” telekanalının “Maduro Plus ilə” verilişində deyib.
Eyni zamanda, siyasətçi müstəqil dövlətlərə qarşı sanksiyaların tətbiqini pisləyib.
“Rusiya iqtisadiyyatı böyük dayanıqlıq nümayiş etdirdi, sanksiyaların raket zərbələrinə tab gətirdi və qalib gəldi”, – Maduro vurğulayıb.