Venesuela və Nikaraqua Latın Amerikası regionunda əlaqələrin qurulmasında Cənubi Osetiyaya kömək edəcək. Bu barədə “İzvestiya” qəzetinə müsahibəsində respublika prezidenti Alan Qaqloyev bildirib.
O qeyd edib ki, Cənubi Osetiyanın müstəqilliyini tanıyan və onunla diplomatik əlaqələr quran Venesuela və Nikaraqua digər Latın Amerikası dövlətləri ilə əlaqələrin qurulmasına yardım etməyə hazırdır. Qaqloyev vurğuladı ki, bu, respublikanın regionda tanınması üçün müəyyən perspektivlər verir.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze bəyan etmişdi ki, Abxaziya və Cənubi Osetiya əraziləri gələcəkdə sülh yolu ilə ölkəyə qayıdacaq. O, bu barədə Gürcüstan-Rusiya münaqişəsinin növbəti ildönümü ilə bağlı açıqlama verib.
Mənbə: İzvestiya