Venesuelalı analar kömək üçün Melaniya Trampa müraciət ediblərbackend

ABŞ immiqrasiya xidmətinin nəzarətində olan venesuelalı uşaqların anaları ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Trampdan kömək istəyib.

bu barədə Latın Amerikası ölkəsinin prezidenti Nikolas Maduro bildirib.

“ABŞ-da qaçırılan bir, iki, üç və dörd yaşlı bu balaca oğlan və qızların anaları və nənələri birinci xanım Melaniya Trampa çox hörmətli məktub göndərib və bildiyimiz kimi dəyərlərin qadını, uşaq hüquqlarının müdafiəçisi olan birinci xanımla dialoq qurmağa çalışırlar”, – Maduro bildirib.

O, həmçinin ABŞ-ın birinci xanımını anaların yalvarışlarına cavab verməyə çağırıb.