Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin “hələ ki, ən çətin problemlərlə üzləşdiyi” xəbərdarlığının mənasını açıqlayıb. O, bunu hökumətin fövqəladə iclasında edib.
Söhbət apreldə BMT Baş Assambleyasının Srebrenitsa soyqırımı ilə bağlı qətnaməsinin qəbul edilməsindən və may ayında qismən tanınan Kosovo Respublikasının Avropa Şurasına qəbul edilməsindən gedir.
Dövlət başçısının sözlərinə görə, bu, Serbiya Respublikasının ləğvinə və Serbiyanın təzminat ödəməsi tələbinə gətirib çıxara bilər. O, Serbiya rəhbərliyini “koordinasiya qrupları” yaratmaqla bu təhlükələrə qarşı durmağa çağırıb. Vuçiç özü də soyqırım qətnaməsinin əleyhinə səs vermək üçün Nyu Yorka gedəcək. Bundan əvvəl o, Fransa prezidenti Emmanuel Makronla “strateji danışıqlar” aparmağı planlaşdırır.
Mənbə: Haber Global
