Parisdə hündürmərtəbəli binada partlayış baş veribbackend

Parisin şərqində doqquz mərtəbəli binanın yeddinci mərtəbəsində baş verən partlayış və yanğın nəticəsində 3 nəfər həlak olub.

Bu barədə Le Parisien qəzeti məlumat yayıb.

Hadisə aprelin 7-də axşam saatlarında şəhərin 11-ci məhəlləsində Rue Charonne küçəsində baş verib. Yerli sakinlərin sözlərinə görə, onlar partlayış səsi eşidiblər. Rayon administrasiyası rəhbərinin müavini Luk Le Bonun nəşrə verdiyi məlumata görə, bu evdə qaz avadanlığı yoxdur. Hadisənin səbəbi hələ müəyyən edilməyib.

Yanğın baş verən mənzildə iki nəfərin meyiti tapılıb. Üçüncü şəxs yanğından xilas olmaq üçün mənzilinin pəncərəsindən atılıb. Həkimlər onu reanimasiya etməyə çalışsalar da, bu da kömək etməyib. Kişi aldığı xəsarətlərdən yerindəcə keçinib. Fövqəladə hallar xidmətinin əməkdaşları çalışarkən evin sakinləri təxliyə edilib.

Mənbə: Lenta.ru