Taylandda Şengen analoqunun yaradılmasını təklif ediblərbackend

Tailand Cənub-Şərqi Asiya dövlətlərini regionda Şengen zonasının analoqunu yaratmağa dəvət edib.

Bu barədə Bloomberg ölkə hakimiyyətinə istinadən xəbər verir.

Onun sözlərinə görə, ötən aylarda Tailandın baş naziri Sretta Taweesin Vyetnam, Kamboca, Laos, Malayziya və Myanmadan olan həmkarları ilə söhbətlərində belə bir təşəbbüsdən danışıb. Tailand Nazirlər Kabinetinin rəhbərinin həmsöhbətləri onun təklifinə müsbət reaksiya veriblər.

Bloomberg-in qeyd etdiyi kimi, bu ölkələr 2023-cü ildə təxminən 70 milyon turist qəbul edib. Birgə viza proqramı onlara altı ölkənin kurortları arasında sərbəst hərəkət edə biləcək daha çox səyahətçi cəlb etməyə imkan verəcək. Bununla da Taylandın özü turizm gəlirlərini artıra və bununla da mövcud iqtisadi çətinlikləri aradan qaldıra bilər.

Mənbə: Bloomberg