Vyetnam BRİKS tərəfdaşı oldubackend

Vyetnam BRİKS assosiasiyasına tərəfdaş ölkə kimi qoşulub.

TASS xəbər verir ki, bu barədə Braziliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Braziliya hökuməti Vyetnamın tərəfdaş ölkə kimi rəsmi üzvlüyünü elan edir”, – Braziliya Xarici İşlər Nazirliyi bildirib.

Vyetnam BRİKS-in onuncu tərəfdaşı oldu. Bəyanatda deyilir ki, qərar Hanoyun “daha ​​əhatəli və təmsilçi beynəlxalq nizam öhdəliyini” bölüşdüyü üçün verilib.

Braziliya 2025-ci ildə assosiasiyaya sədrlik edəcək.