Vyetnamda sərxoş rusiyalı turist motosikletlə qəza törətdikdən sonra polis polkovnik-leytenantını döyüb.
Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.
Mənbənin sözlərinə görə, 19 yaşlı Artur Xafizov sevgilisi ilə Nha Tranq şəhərində motosiklet sürərkən idarəetməni itirərək mopeddə olan qadınla toqquşub. Qəzadan sonra Xafizovun yoldaşı hadisə yerindən qaçmağa çalışsa da, onun qarşısını yerli sakinlər alıb.
Qəzanın qeydə alınması üçün hadisə yerinə şəhər yol polisi polkovnik-leytenantı gəlib. O, ifadəsini yazarkən X.Xəfizov avtomobilin ona qaytarılmasını tələb edib. Rədd cavabını alan o, arxadan gələrək polisin üzünə yumruq zərbəsi endirib. Turist saxlanılıb, o, vəziyyətin aydınlaşdırılmasına qədər yerli istintaq təcridxanasındadır.
Bundan əvvəl İtaliyada Mickey Mouse kostyumunda olan bir şəxs fotoşəkil üçün pul ödəmək istəməyən turistlərə bıçaqla hücum edib. Yerli sakinlərin və turistlərin dediyinə görə, o, onunla şəkil çəkdirənlərdən hədə-qorxu ilə pul alır, imtina etdiyi halda isə bıçaqla hədələyir. Hadisələr məşhur turist küçəsi Via Toledoda baş verir.