“Whatsapp” yeni funksiyasını təqdim edibbackend

Android üçün WhatsApp messencerinin 2.23.11.19 nömrəli beta versiyasında ekranınızı həmsöhbətinizlə paylaşmağa imkan verən yeni funksiya aşkarlanıb.

Bu barədə WABetaInfo portalı məlumat yayıb.

İstifadəçi zəng idarəetmə panelində yeni işarəyə klikləməklə bu funksiyanı aktivləşdirə biləcək. Bundan sonra ekranda baş verən hər şey yazılacaq və həmsöhbətə çata göndəriləcək.

“Nəzərə alın ki, bu funksiya “Android”in köhnə versiyalarında və böyük qrup zənglərində mövcud olmaya bilər və qarşı tərəf “WhatsApp”ın köhnəlmiş versiyasından istifadə edərsə, ekranınızın qeydini almaya bilər”, – portalın müəllifləri qeyd edirlər.

Mənbə: Autotech