WikiLeaks layihəsi onun yaradıcısı Culian Assancın ABŞ prokurorluğu ilə sövdələşməyə getdiyini təsdiqləyib. Bu barədə RİA Novosti məlumat yayıb.
Assange-nin tərəfdaşları bildiriblər ki, ona dəstək kampaniyası Birləşmiş Ştatların Ədliyyə Departamenti ilə uzunmüddətli danışıqlar üçün imkanlar yaradıb. Bu danışıqların nəticəsi hələ yekunlaşmamış sövdələşmə oldu.
Bundan əvvəl WikiLeaks-in yaradıcısının həyat yoldaşı Stella Assanc onun azadlığa buraxılması üçün işdə iştirak edən hər kəsə təşəkkür edib.
Mənbə: RİA Novosti