Windows-un qlobal nasazlığı səbəbindən 2,5 mindən çox reys ləğv edilibbackend

Windows sistemində qlobal nasazlıq səbəbindən dünya üzrə 2,5 mindən çox reys təxirə salınıb. Bu barədə Flightaware portalı məlumat yayıb.

Mənbənin məlumatına görə, təxminən 24 min reys gecikib.

İyulun 19-da Windows bütün dünyada qəzaya uğradı. Böyük hava limanlarının, bankların, dəmiryol vağzallarının, televiziya kanallarının və xilasetmə xidmətlərinin işi iflic olub. Kütləvi texniki nasazlıqlar ABŞ, Avstraliya, Türkiyə, Almaniya və İspaniyada qeydə alınıb.

Mənbə: Flightaware