Wizz Air Abu Dabinin Zayed Beynəlxalq Hava Limanından çıxacaq – ÖZƏLbackend

Wizz Air 1 sentyabr 2025-dən etibarən Abu Dabidən bütün reyslərini dayandıracağını açıqlayıb.

İctimai.az xəbər verir ki, səbəblər bir neçə amillə bağlıdır:

  • İqlim şəraiti – Abu Dabinin çox isti havası mühərriklərin tez sıradan çıxmasına və texniki xidmət xərclərinin artmasına səbəb olurdu.

  • Geosiyasi gərginlik – İsrail-İran toqquşması və bölgədəki müharibə riskləri hava məkanının bağlanmasına, reyslərin ləğvinə və sərnişin tələbatının azalmasına gətirib çıxardı.

  • Marşrut icazələri problemi – Şirkət Hindistan, Pakistan kimi böyük bazarlara uçuş icazələri ala bilmirdi. Həm də iddialara görə, Abu Dabi rəhbərliyi milli aviadaşıyıcı Etihad Airways-ə üstünlük verirdi.

  • Maliyyə və texniki çətinliklər – Abu Dabi filialı zərərlə işləyirdi. Üstəlik, mühərrik problemləri (Pratt & Whitney) və təchizat zənciri gecikmələri əlavə yük yaradırdı.

  • Strategiya dəyişikliyi – Şirkət qərara gəldi ki, resurslarını və təyyarələrini əsasən Mərkəzi və Şərqi Avropa bazarına yönəltsin.

Wizz Air-in Abu Dabidən çıxması Azərbaycandan olan sərnişinlərə də təsirini artıq göstərib. Belə ki, bu istiqamətdə bilet alan sərnişinlərin biletləri ləğv edilərək, onlara ödədikləri məbləğ geri qaytarılır.