“Xalqın Ölməz Lideri” adlı onlayn konfrans keçirilib – FOTOLARbackend

09 may 2020-ci il tarixdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin və dövlətçiliyinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi münasibəti ilə “Xalqın Ölməz Lideri” adlı onlayn konfrans keçirilmişdir. 

Görüşdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Bakı Humanitar Kollecinin Tədris İşləri üzrə direktor müavini Rasim Rzaxanov, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri, Nərimanov Bələdiyyəsinin komissiya sədri Tamerlan Əkbərov, Gənclərin İnkişaf Akademiya Mərkəzinin Xaçmaz filialının direktoru Rəsul Həşimov, Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının əməkdaşı Şəfiqə Hənifəyeva, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi “İctimai Birliyinin “Regionlarla İş” şöbəsinin rəhbəri və Yeni Azərbaycan Partiyası (YAP) üzrə kuratoru Ümidə Rəhimova, İctimai.az saytının baş redaktoru, “GələcəkSƏN” təlim və inkişaf proqramının rəhbəri Rəşad Bayramov, “Odlar Yurdu” Universitetinin Tələbə Elmi Cəmiyyətinin sədri Arzu Cəfərzadə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Tələbə-Gənclər Təşkilatının sədri Murad Süleymanlı, Azərbaycan Dövlət Dəniz Akademiyasının Tələbə-Gənclər Təşkilatının sədri Vurğun Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Rəşid Məmmədov, “Bakı Avrasiya” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Sübhan İsmayılov, “Təfəkkür” Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Röya Hacıyeva, Bakı Humanitar Kollecin Tələbə-Gənclər Təşkilatının sədri Əsli Cəlilova və fəal gənclər iştirak etmisdir.

Konfransda çıxış edənlər qeyd etdilər ki, hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Onlar müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açaraq, Ulu Öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük mirasın məhz onun özünün müəllifi olaraq yaratdığı şah əsəri – müstəqil və suveren Azərbaycan dövlətinin olduğunu bəyan ediblər. Natiqlər Ulu Öndər Heydər Əliyevin dövlətimizin müstəqilliyi yolunda müdrik və qətiyyətli addımlar atmasından, Vətəninə və millətinə sonsuz xidmətləri ilə doğma xalqının qəlbini fəth etməsindən bəhs edərək, Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrünün və siyasi irsinin indiki və gələcək nəsillərə nümunə olduğunu bildirmişlər.

Onlayn konfransda Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən ölkə Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən irimiqyaslı işlər və əldə olunan möhtəşəm nailiyyətlər xüsusi vurğulanmış, dahi öndərin irsinin ürəklərə yol tapmasında Heydər Əliyev Fondunun çoxşaxəli nəcib və xeyirxah fəaliyyəti qeyd edilmişdir.

İctimai.az