Xiaomi siqaret qoxusunun qarşısını alan ağıllı külqabı təqdim etdibackend

Xiaomi Youpin platformasında Pule smart külqabı üçün kraudfanding kampaniyasına start verilib. Bu barədə “Gizmochina” nəşri məlumat yayıb. Pule xoşagəlməz qoxuları aradan qaldırmağa və ikinci əl tüstünün zərərini minimuma endirməyə qadirdir. Külqabı maqnit doldurulmasını dəstəkləyir.

Pule külqabı siqaret çəkənlərin olduğu yerlərdə havanın çirklənməsini azaltmaq üçün nəzərdə tutulub. Bu, siqaret çəkməyənlərə ikinci əl tüstüsünü udmaqdan çəkinməyə kömək edəcək. Tüstünün tərkibində qatran, nikotin, formaldehid və ammonium birləşmələri kimi bir çox zərərli maddələr var. Tüstünü dağıtmağın ənənəvi üsulları problemin qeyri-kafi həlli olduğunu sübut etdi, çünki açıq pəncərə olsa belə, çoxlu miqdarda zərərli qazlar və kəskin qoxular hələ də havaya nüfuz edir.

Pule smart külqabı plazma generatoru, kompozit su filtri, HEPA H12 filtri və tərkibində yüksək yod olan aktivləşdirilmiş karbon qatından ibarət dörd qatlı təmizləmə sistemi ilə təchiz olunub. Bu mexanizm kiçik məkanlarda havanın çirklənməsi ilə effektiv mübarizə aparır. Cihazda istifadə olunan hidroliz texnologiyası nikotinin və digər zərərli maddələrin yüksək həll qabiliyyətini nümayiş etdirir. Xüsusi lifli mesh qatranı udur və tüstüdən zərərli maddələri çıxarır.

Mənbə: Gizmochina