“Xızı şəhər tam orta məktəbin direktorunun ölüm səbəbi tibbi-ekspertiza yekunlaşdıqdan sonra məlum olacaq”.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilib.
“29 dekabr 2024-cü il tarixində, səhər saatlarında Xızı şəhər tam orta məktəbin direktoru Fazil Məmmədov vəfat edib. Hadisə barədə dərhal aidiyyəti qurumlara məlumat verilib. Hazırda hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırma aparır. Tibbi-ekspertiza yekunlaşdıqdan sonra ölümün dəqiq səbəbləri məlum olacaq”,- deyə məlumatda bildirilir.